2050-ci ildə robotlaşdırılmış ev heyvanları gələcək nəsil üçün adi hal olacaq.
Gələcəkdə ev heyvanlarını robotlar əvəz edəcək. Belə bir qənaətə Melburn Universitetinin tədqiqatçısı Jan-Lup Ro gəlib. O, hesab edir ki, öz canlı prototiplərini təqlid etmək qabiliyyətinə malik olan robotlaşdırılmış ev heyvanları süni intellektdə tərəqqinin sayəsində adi hal kimi qarşılanacaq.
hi-news.ru saytının bildirdiyinə görə, alimin “Rəqəmsal dövrün heyvanları: canlı, robotlaşdırılmış və ya virtual?” adlı məqaləsi “Frontiers in Veterinary Science” jurnalında dərc olunub.
Buna inanmaq çətin olsa da, virtual və ya robotlaşdırılmış ev heyvanları gələcək nəsil insanlar üçün adi hal olacaq. Əgər 2050-ci ilədək planetimizin əhalisi 10 milyarda çatarsa, o zaman bu proqnoz özünü gözlənildiyindən də tez doğruldacaq.
Qeyd edək ki, virtual heyvanlara olan sevgi 1990-cı illərdə populyar “Tamagotchi” oyunu ilə başlayıb. Bu gün isə robot heyvanlar hələ də yetərli qədər primitiv səviyyədədirlər. Səbəb isə robototexnikaya qoyulan əsas investisiyaların köməkçi robotların yaradılmasına yönəlməsidir. Ekspertin qənaətincə, robotlaşdırılmış ev heyvanları bazarında bu yaxın 10-15 ilə gözlənilir.
Bu cür robotları allergiyadan əziyyət çəkənlər, ev heyvanlarından ehtiyat edənlər, həmçinin heyvan saxlamağa şəraiti və ya pulu olmayanlar əldə edə bilərlər. Lakin alim daha çox heyvanların robotlaşdırılmasından deyil, insanların bütün canlılara olan rəhmini itirə biləcəyindən narahatdır. Əlbəttə, biz heyvanların qayğısına qalırıq, lakin qulluğa ehtiyacı olmayan robotlara öyrəşəriksə, o zaman insanların canlı varlıqlara münasibəti dəyişə bilər.