Beyinə implant edilən mikronasos epilepsiya xəstəliyi ilə mübarizə aparmağa kömək edəcək

29 Aprel 2015 - 10:00 | Maraqlı məlumatlar
Beyinə implant edilən mikronasos epilepsiya xəstəliyi ilə mübarizə aparmağa kömək edəcək

hi-news.ru saytının məlumatına əsasən, epilepsiya xəstəliyi ilə mübarizə aparmaq üçün təklif edilən yeni üsul dərmanı birbaşa beyindəki sinir hüceyrələrinə ötürməyə imkan verəcək. Dərmanın yeridilməsi üçün qıcolmalara qarşı hazırlanmış preparatı beyinin müvafiq hissələrinə ötürən mikronasosdan istifadə olunacaq.

İnsan saçından 20 dəfə nazik olan mikronasos vasitəsilə beyinə ötürülən dərmanlar hüceyrələrdə yığılaraq xəstənin qıcolmalarını tədricən azaldacaq.

Qeyd edək ki, hazırda epilepsiya ilə mübarizə aparmaq məqsədilə məhdud sayda dərmandan istifadə edilir. Onların böyük hissəsi ciddi əks təsirlərə səbəb olur. Epilepsiya xəstəliyindən əziyyət çəkən 50 milyona yaxın insanın 30 faizi isə dərmanlara reaksiya vermir.