Cənubi Koreyanın “Samsung” şirkəti smartfon funksiyalarına malik “Galaxy Blade edge” adlı ilk “ağıllı” bıçağını təqdim edib.
hi-news.ru saytının məlumatına əsasən, qurğu “Galaxy S6” smartfonunun bütün xüsusiyyətlərinə (Android əməliyyat sistemi, “TouchWiz” istifadəçi interfeysi, mükəmməl kamera və s.) malikdir.
Almaz örtüklü iti keramika ülgücü olan bıçağın bükülən dəstəyi alıcının istəyi ilə zeytun ağacı, paslanmayan polad, mamont dişi və digər materiallardan hazırlana bilər.
“Galaxy Blade edge”in barmaqları aşkar etmə mexanizminin köməyilə kəsilmələrin qarşısı alınır, antivirus müdafiəsi isə ərzaqlarda arzuolunmaz mikroblar haqqında istifadəçiyə xəbərdarlıq edir.
Su ilə yuyula bilən “ağıllı” bıçaq üçün xüsusi olaraq “Ultra 4D Curved Flash” yığıcısı hazırlanıb ki, bu da onun əsas yaddaş qurğusu rolunu oynayır.