“Facebook” şəxsi məktubları oxumaqda ittiham olunub

08 Yanvar 2014 - 11:28 | Texnoloji yeniliklər
“Facebook” şəxsi məktubları oxumaqda ittiham olunub

“Facebook”un iki istifadəçisi Şimali Karolina məhkəməsində soisal şəbəkənin əleyhinə iddia qaldırıb. Onlar şəbəkənin administrasiyasını şəxsi məktubların oxunmasında ittiham ediblər. 

İstifadəçilərin araşdırmaları nəticəsində məlum olub ki, sosial şəbəkə xüsusi proqramdan istifadə etməklə şəxsi mesajlardakı istənilən istinadı təhlil edir və əldə edilən məlumatlardan reklamların nümayişi məqsədilə yararlanırlar ki, bu da ABŞ qanunvericiliyinə ziddir. 

pitbit.ru saytının məlumatına görə, Facebook əvvəllər də istifadəçilərin şəxsi yazışma mətnlərinin skan edilməsində şübhəli bilinmişdir. Lakin resursun administrasiyası iddia edir ki, məktublar bəzi alqoritmlər və istisna olaraq avtomatik rejimdə “layk sayğaclar”ı ilə skan olunur.