Azərbaycanın ilk notariuslarından biri kim olmuşdur?

11 Mart 2015 - 10:00 | Maraqlı məlumatlar

Azərbaycanın ilk notariuslarından olan Mahmud bəy Vəlibəyov 1884-cü ildə Şuşa şəhərində anadan olmuşdur. O, Şuşa real məktəbini bitirmiş, sonra Rusiyada hüquq ixtisası üzrə ali təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan M.Vəlibəyov 1910-1917-ci illər ərzində Qazax şəhərində notarius vəzifəsində çalışmışdır. O, “1914-cü il Yelizavetpol quberniyasının xatirə kitabı”nda “notarius Mahmud bəy Vəlibəyov (Qazax ş.)” kimi qeyd olunur.

Sənədlərin tərtib olunması, təsdiqi, rəsmiləşdirilməsi və s. kimi işləri həyata keçirən Mahmud bəy Vəlibəyov vətəndaşlara hüquqi xidmət göstərərək vəzifəsini layiqincə yerinə yetirmişdir. 1920-ci ildə Bakıda fəaliyyət göstərən Mahmud bəy burada bir neçə notariat kontorunun sahibi olmuşdur. O, 1945-ci ildə Bakıda vəfat etmişdir.

Onun adını daşıyan nəvəsi Mahmud Vəlibəyov hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini vəzifəsində çalışır. 

Ümid edirik ki, M.Vəlibəyovun nəslinin davamçısı olan, dünyaya yenicə göz açmış nəvəsi Mahmud Vəlibəyov bu nəslin adını layiqincə təmsil edəcək. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.