Cənubi Koreyanın Elm Nazirliyi bildirib ki, selfi üçün ştativlərin satıldığı ticarət nöqtələri bu aksessuarları sertifikatlaşdırmalıdır. Əks təqdirdə həmin obyektlər 30 milyon von (27 min dollar) dəyərində cərimələnəcək və 3 ilədək həbs cəzası kəsiləcək.
hitech.newsru.com saytının məlumatına görə, “Selfi stik” qurğusunun bir tərəfinə smartfon bərkidilir, bəzi modellərində isə fotokadrın qurulmasını asanlaşdırmaq üçün güzgüdən də istifadə olunur. Fotoçəkilişin özü naqilsiz Bluetooth-un köməyilə aktivləşir.
Məhz Bluetooth modulunun aksessuarda mövcudluğu koreyalı məmurların bu cür tələblərinə səbəb olub. Onların fikrincə, qurğu elektromaqnit şüalanma yarada və digər elektron qurğularda problemlərə səbəb ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.