AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti onlayn iclası keçirilib. Öncə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra Ümumi şöbənin müdiri Dinara Zeynalova 2021-ci ilin sentyabr-oktyabr ayları üçün institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti haqqında məlumat verib. O, tapşırıqlara əsasən, institutun şöbələrində müxtəlif problemlərə həsr olunmuş onlayn elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən bəhs edib.
Akademik R.Əliquliyev çıxış edərək institut əməkdaşlarına müvafiq tapşırıqlar üzrə tövsiyələrini verib, hər bir tədqiqatçını öz mövzusu üzrə elmi araşdırmaları dərinləşdirməyə, beynəlxalq təcrübəni öyrənərək dünya elminə inteqrasiya etməyə çağırıb. Alim əməkdaşların beynəlxalq elmi proqramlarda və qrant layihələrində iştirakı ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin institutun struktur bölmələrinin 2021-ci il üzrə hesabatlarının keçirilməsi, aparılan elmi araşdırmalara dair icmalların hazırlanması, institutun magistr, doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.