AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova 21-23 sentyabr 2021-ci il tarixlərdə keçiriləcək “Türk dillərinin kompüter emalı” IX beynəlxalq konfransın (The IX International Conference on Computer Processing of Turkic Languages “TurkLang 2021”) proqram komitəsinin üzvü seçilib.
Qeyd edək ki, konfransın əsas istiqamətlərinə türk dilləri üçün formal modellər və proqram xidmətləri, kompüter sistemləri və terminologiyanın milli lokallaşdırılması, mətnlərin morfoloji və sintaktik emalı, türk və xarici dillərin tədrisi üçün “ağıllı” sistemlər və texnologiyalar, mətnlərin semantik emalı sistemləri və digər mövzular daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.