AMEA-nın “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə Redaksiya heyətinin tərkibində dəyişiklik edilib.
Bu barədə qərar AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında verilib.
Xatırladaq ki, 1961-ci ildən nəşr olunan “Elm və həyat” jurnalı yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, elmi nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı elmi işlərin nəticələrinin təbliğinə geniş yer ayırmaqla, bütün dünyada ənənə halını almış elmin populyarlaşdırılmasına layiqli töhfələrini verib.
Qeyd edək ki, akademik Ramiz Mehdiyevin sədrlik etdiyi redaksiya heyətinin üzvlərindən biri də AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.