NASA-nın yeni radioqülləsi əsas “ünsiyyət” vasitəsi olacaq

13 Fevral 2020 - 17:35 | Texnoloji yeniliklər
NASA-nın yeni radioqülləsi əsas “ünsiyyət” vasitəsi olacaq

Kosmik agentliyin mühəndisləri kosmosdan siqnalları tutmağa icazə verən 34 metrlik radioqüllə hazırlayıblar.

NASA mütəxəssisləri Moxave səhrasının Kaliforniya ərazisinə düşən hissəsində yeni 34 metrlik radioqüllənin inşasına başlayıblar. Onlar hesab edirlər ki, radioqüllə Ay və Marsa gedən ekspedisiyalarla əsas ünsiyyət vasitələrindən birinə çevriləcək.

“İTAR-TASS” informasiya agentliyinin məlumatına görə, NASA-nın uzaqməsafəli kosmik rabitə şəbəkəsi (DSN) radio dalğalarının güclü pulslarını yaradan və çox zəif kosmik siqnalları tutan on güclü radioqülləsini birləşdirir. O, Kaliforniyanın cənubundakı “Goldstone” rəsədxanasının ərazisində yerləşən üç ayrı kompleksdən, həmçinin Madrid və Kanberra yaxınlığında olan analoqlarından ibarətdir.

Bu antenalar NASA mütəxəssislərinin ABŞ-ın və ya digər ölkələrin kosmosa göndərdiyi bütün qurğuları ilə gün ərzində ünsiyyət qura biləcəyi şəkildə yerləşdirilib. Hər bir kompleks 34 metrlik üç və ya dörd anten, həmçinin bir neçə kiçik qəbuledici və yayıcı ilə təchiz olunub.

Ümumilikdə mütəxəssislər hər kompleksdə iki ədəd daha 34 metr uzunluğunda anten yerləşdirməyi planlaşdırıblar. Onlardan bəziləri son dörd il ərzində İspaniya və Avstraliyada istifadəyə verilib, digərlərinin isə inşası davam etdirilir.

Aerokosmik agentliyin hazırkı planlarına görə, Artemis proqramına əsasən DSS-23 adlı yeni anten inşa ediləcək. Bu anten digər bütün DSN radiolarından fərqli unikal xüsusiyyətə sahib olacaq. Belə ki, onun üzərinə xüsusi güzgülər və optik qurğular quraşdırılacaq ki, bu da təkcə radio siqnallarını deyil, lazer nəbzlərini də çəkməyə imkan verəcək. Bu, DSS-23-ün Mars və Aydan Yerə sürətli şəkildə ötürülməsinə imkan verəcək. Mütəxəssislər cihazın ilk sınağının 2022-ci ilin ikinci yarısında reallaşacağını və onun vasitəsilə kosmosdan yüksək keyfiyyətli şəkillər ötürməyə çalışacaqlarını qeyd edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.