Avstraliyanın “Emesant” startapının mühəndisləri pilotsuz uçan aparatlar vasitəsilə real vaxt rejimində yeni izləmə və kartoqrafiya sistemini təqdim ediblər. Bu, dronlara mağaralarda uçuşlar həyata keçirməyə imkan verəcək.
Yenilik GPS naviqasiyası və dronlara maneələri dəf edərək uçmağa və qapalı məkanlarda səmti yaxşı müəyyənləşdirməyə imkan verən toqquşma əleyhinə sensorlar sistemi ilə təchiz edilib.
Startap mütəxəssisləri pilotsuz uçan aparatların məlumatları əsasında yeraltı landşaftların üçölçülü xəritəsini tez və dəqiq tərtib etməyə imkan verən “Hovermap” texnologiyasını da hazırlayıblar.
belta.by saytının məlumatına görə, texnologiya xilasedicilərə mağaralarda itkin düşən insanları tapmağa kömək edəcək.
Startapın ilkin qiyməti 2,5 milyon dollar təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.