2019-cu ildə institutun gənc alimlərinin 18 məqaləsi “Web of Science” elmi bazasına daxil edilib

13 Noyabr 2019 - 17:43 | Konfranslar, İclaslar

Elmi şuranın bugün keçirilən iclasında İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu il üzrə illik hesabatı dinlənildi. İclasda çıxış edən şuranın sədri Nərmin Adıgözəlova bildirdi ki, 2019-cu ildə institutun gənc alimlərinin ümumilikdə 66 (onlardan 18-i “Web of Scienceda) məqaləsi çap olunub.

N.Adıgözəlova qeyd etdi ki, hesabat ili ərzində şuranın üzvləri 51 yerli və beynəlxalq elmi tədbirdə iştirak ediblər. Vurğulandı ki, institutun gənc alim və mütəxəssisləri institutda “EduGAIN xidmətinin yaradılmasına dair treninq”lərdə, beynəlxalq elmi jurnallarda məqalələrin yazılması qaydalarına həsr olunan elmi seminarda, “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” adlı tədbirdə, “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”nda (AICT 2019), “Juniper Networks” şirkətinin şəbəkə avadanlığının istismarı və konfiqurasiya olunması işləri ilə bağlı “Junos Enterprise Switching”“Introduction to the Junos Operating System” və “Junos Intermediate Routing” adlı təlimlərində, “Rusiya coğrafiya imlası – 2019” beynəlxalq tədbirində, həmçinin “Elm Günü”nə həsr olunmuş “Super Moon” adlı tədbirdə, 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri, AMEA-nın Gənc alim və Mütəxəssislər Şurası və AMEA-nın professorlarının Koordinasiya Şurasının birgə iclasında, 2 Fevral – Gənclər gününə həsr olunan tədbirdə, Gənclər və İdman Nazirliyi tərəfindən  istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində, Gəncədə informatika fənni üzrə distant formada doktorluq imtahanlarının keçirilməsində, “ADA mirası” tədbirində, “2-ci Bakı Elektron Ticarət Forumu”nda (BEF – 2019) və s. tədbirlərdə fəal iştirak ediblər.

O, bildirdi ki, elmi fəaliyyətində xüsusi fərqləndiyinə görə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və böyük elmi işçisi Rəhilə Həsənova “İlin gənc alimi”, yüksək akademik göstəricilərinə əsasən fərqləndiyinə görə institutun magistrantları Arzu Həsənli və Aysən Fərəcova “İlin gənc mütəxəssisi”, nüfuzlu elmi bazalarda dərc olunmuş elmi əsərlərinə görə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “İlin tədqiqatçısı”, xüsusi xidmətlərinə və aktiv fəaliyyətinə görə elmi işçisi Günay İskəndərli “İlin nailiyyəti”, institutun laborantı Adilə İmamverdiyeva, elmi işçisi Səadət Abdullayeva və laborantı Aydın Qurbanlı “İlin gənci”, 4 saylı şöbənin baş mütəxəssisi Tural Mustafayev praktiki fəaliyyətinə görə “İlin gənc mühəndisi”, institutun böyük laborantı Nərgiz Abdullayeva isə idman yarışında qazandığı nailiyyətinə görə “İlin idman uğuru” nominasiyalarının qalibi olublar.

Sonda şuranın fəaliyyətinin 2019-cu ildə kütləvi informasiya vasitələrində geniş işıqlandırıldılması, institutun gənc alimlərinin müxtəlif televiziya verilişlərində fəal iştirakı diqqətə çatdırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.