Yaponiya və Fransadan olan beynəlxalq mühəndislər qrupu istifadəçiyə obyektlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verən, cüt geyinilmək imkanına malik olan robot əl hazırlayıblar. Yenilik cari ilin 17-20 noyabr tarixlərində Avstraliyada keçirilməsi nəzərdə tutulan “SIGGRAPH Asia 2019” sərgi-konfransında təqdim ediləcək.
Robot əl istifadəçinin kürəyinə bərkidilir, hər kəsin biləyində onların barmaqlarının hərəkətlərini idarə edən kontroller olur. Barmaqlar ayrı-ayrılıqda hərəkət etmək, yumruq sıxmaq və açmaq imkanına malikdir. Bu, cihazı daha cəld və hərəkətli etməyə imkan verir.
hightech.fm saytının məlumatına əsasən, qurğu predmetlərlə iki mərhələdə işləyir — əvvəlcə o fırçaları tutur və onu düzəldir, daha sonra müxtəlif manipulyasiyalar yerinə yetirməyə başlayır.
Sınaq zamanı tədqiqatçılar robot əlin köməyi ilə mühəndisin əvvəlcə sinini tutmasını, sonra üzərinə qoyulmuş əşyaları dəyişməsini nümayiş etdiriblər. Mühəndislərin sözlərinə görə, robot əl istifadəçiyə ağır predmetləri qaldırmaqda kömək edəcək.
Qeyd edək ki, daha əvvəl yapon mühəndislər avtomatlaşdırılmış ələ maqnit transmissiyasını əlavə edərək onu təkmilləşdiriblər. Bu qurğunun hərəkət sürətini artırmağa imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.