“Ağıllı” dinamik yuxuda olan uşağın nəfəsinə nəzarət edəcək

17 Oktyabr 2019 - 11:20 | Maraqlı məlumatlar
“Ağıllı” dinamik yuxuda olan uşağın nəfəsinə nəzarət edəcək

Vaşinqton Universitetinin mühəndisləri yuxuda olan uşaqların nəfəsini və hərəkətlərini tam səssizliyin köməyi ilə izləməyə imkan verən sistem hazırlayıblar. Yeni sistemdə uşaq oyanan zaman bu haqda valideyn və ya həkimləri məlumatlandıran “ağıllı” dinamik istifadə olunur.

Sistem analogiya üzrə körpənin nəfəsini müşahidə etmək üçün tam səssizlikdən istifadə edir. Mikrofonların geniş spektrindən yararlanan bu yenilik uşağın bədənində əks olunan tam səssizliyi izləyir.

hightech.fm saytının məlumatına görə, süni intellekt əks olunan siqnalı təhlil edərək uşağın sakit və ya sürətli nəfəs alması haqqında nəticə çıxarır.

“BreathJunior” adlanan qurğunun prototipi intensiv terapiya bölməsində yeni doğulan körpələrin yoxlanılması zamanı bir dəqiqə ərzində 20-65 arasında nəfəsi dəqiq izləyə bilib.

Hazırda istehsalçılar qurğunun kommersiya prototipinin hazırlanması ilə məşğul olurlar. Onun “Sound Life Sciences” startapı vasitəsilə satılacağı planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.