Nanomaterialların 3D-çapı 1000 dəfə sürətlənib

08 Oktyabr 2019 - 10:28 | Maraqlı məlumatlar
Nanomaterialların 3D-çapı 1000 dəfə sürətlənib

Amerikalı mühəndislər əlavə çap sürəti və həll arasındakı seçim ehtiyacını aradan qaldırıblar. Onların təklif etdikləri texnologiya nanoobyektlərin istehsalına sərf olunan bir neçə saatı bir neçə dəqiqə ərzində etməyə imkan verir.

Gürcüstan Texnologiya İnstitutunun alimləri tək işıq mənbəyindən istifadə etmək əvəzinə eyni anda milyonunu cəlb etməyi təklif ediblər. Bunun üçün onlar femtosaniyə lazerini istifadə edərək maye polimer materialda lazımi işıq naxışının yaradılması üçün rəqəmsal maskanı tətbiq ediblər. Yüksək intensivli işıq lazımi sahələrdə polimerləşmə reaksiyasına səbəb olub.

“Beləliklə, qat-qat 3D-strukturlar meydana gəlib. Obyekt hazır olduqdan sonra artıq maye polimer uzaqlaşdırılıb”, -  deyə bildirən institutun mütəxəssisi qeyd edib ki, çapı üçün adətən bir neçə saat sərf olunan obyekt səkkiz dəqiqə ərzində hazırlanıb.

hightech.plus saytının məlumatına əsasən, texnologiyanın imkanlarını nümayiş etdirmək üçün tədqiqatçılar uzunluğu bir millimetr, eni və hündürlüyü 100x100 mikron olan bir çox digər formaları: sütun, kub, boru və spiralları çap ediblər.

Müəlliflərin sözlərinə görə, hazırda adi polimer materialdan istifadə olunsa da texnologiya, həmçinin metal və keramika ilə işləyəcək.

Bu texnologiya smartfonlar kimi elektronika üçün komponentlərin ardıcıl istehsalında tətbiq olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.