DARPA yeraltı robotların yarışını keçirdi. Qalib robot başqa planetlərə səyahət edəcək

19 Avqust 2019 - 11:25 | Maraqlı məlumatlar
DARPA yeraltı robotların yarışını keçirdi. Qalib robot başqa planetlərə səyahət edəcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Departamenti (DARPA) “Yeraltı çağırış” (Subterranean Challenge) adlı robotlaşdırılmış mini-roverlərin yarışını keçirib. Yarışın əsas mükafatı başqa planetlərə səyahət etməkdir. Qalib robotlar digər planetlərdə adi texnika üçün əlçatmaz olan mağaraları tədqiq edəcəklər.

Digər planetlərin dərin mağaraları tədqiqatçılar üçün hələ də sirr olaraq qalır. Məsələ burasındadır ki, hazırda mövcud olan roverlər yeraltı ərazilərdə düzgün səmt götürə bilmədikləri üçün həmin mağaraları lazımi səviyyədə öyrənməyə qadir deyillər: peyk naviqasiyası işləmir, kompas metal yataqlarının olması səbəbindən dayanır. Bu problemi “Yeraltı çağırış”ın qalibi həll etməlidir.

4pda.ru saytı xəbər verir ki, müsabiqədə robototexnika sahəsinin son niliyyətləri – yeraltı dərinlikləri fəth etmək üçün xüsusi hazırlanan kiçik roverlər iştirak edir.

Robotların vəzifəsi bütün maneələri aşaraq verilən yolun sonuna qədər getmək, daha sonra başlanğıc nöqtəsinə qayıdıb keçdiyi yeraltı ərazilərin xəritəsini hazırlamaqdan ibarətdir.   

Müsabiqənin mükafat fondu 5 milyon dollardır. Daha da önəmlisi, qalib robot yeni kosmik gəminin yaradılması üçün əsas kimi istifadə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.