Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin və Uzaq Şərq Federal Universitetinin alimləri süni intellektə sahib robotların dəyişən mühitdə qərar qəbul edə biləcəyi proqram təminatını hazırlayıblar.
ren.tv saytının məlumatına əsasən, robotlar iş mühitinin qeyri-müəyyənliyi və dəyişkənliyi şəraitində detalları emal edərkən özləri alətlərin hərəkət trayektoriyalarını və rejimlərini müəyyənləşdirir və düzəliş edir.
Alimlərin sözlərinə görə, robotlar hətta güc əməliyyatlarının icra edilməsi zamanı 0,5 millimetr dəqiqliklə hərəkət edirlər. Robot iş sahəsinin virtual obrazını qurmaq və onun yerini tanımaq imkanına malikdir. Bu obraz əsasında süni intellekt öz iş alətlərinin hərəkət trayektoriyalarını müəyyən edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.