"Microsoft" tezliklə Nokia və Windows Phone markalarından imtina edəcək

11 Sentyabr 2014 - 11:22 | Texnoloji yeniliklər
"Microsoft" tezliklə Nokia və Windows Phone markalarından imtina edəcək

"Microsoft" hələ cari ilin aprelində "Nokia" şirkətinin mobil bölməsini satın almasına baxmayaraq, şirkətin məhsulları fin istehsalçısı markası ilə istehsal olunur. Lakin, buna tezliklə son qoyula bilər.

3dnews.ru saytının məlumatına görə, proqram nəhəngi öz yeni smartfonları üçün Nokia və Windows Phone markalarının adlarından istifadəyə son qoymaq niyyətindədir.

Güman olunur ki, bu yaxınlarda nümayiş olunmuş Lumia 830 və Lumia 730 smartfonları Nokia markası ilə satışa çıxarılan son qurğulardır.

Gələcəkdə Windows platforması əsasında olan qurğular əvvəlki kimi Lumia xəttini təqdim etsələr də, artıq Microsoft markası ilə istehsal ediləcəklər.

Bundan əlavə, proqram şirkəti Windows Phone mobil platformasının adından "Phone" sözünü ixtisar etməyi planlaşdırır. Ehtimal ki, gələcəkdə Microsoft-un reklam və promo-materiallarında Windows Phone-un əvəzinə Windows loqotipindən istifadə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.