İnternetə sürətli və bütün ərazilərdən çıxışın təmin olunması yaxın gələcəyin ən böyük çağırışlarından biridir və bazar həcmi 130 milyard dollara bərabərdir. Təəccüblü deyil ki, burada paya malik olmaq üçün güclü rəqabət aparılır.
“Amazon” şirkəti sürətli və ləngimələri olmayan peyklərin köməyi ilə aşağı orbitdə qlobal İnternetə çıxışın təmin olunmasını həyata keçirəcək. Şirkətin rəhbəri Cef Bezosun planlarında aşağı orbitə İnternetin paylanması üçün 3236 peykin buraxılması dayanır.
building-tech.org saytının məlumatına görə, peyklər orbitlərdə 590-630 kilometr məsafədə planetin səthi üzərində dövr edəcəklər. Aşağı orbitin əsas üstünlüyü siqnalın ötürülməsi zamanı ləngimələrin mövcud olmamasıdır.
Şəbəkə 56 dərəcə şimal enindən 56 dərəcə cənub eninə qədər olan əraziləri əhatə edəcək ki, burada Yer kürəsinin təxminən 95% əhalisi yaşayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.