Dünyanın bir neçə universitetində fəaliyyət göstərən alimlərin birgə işi nəticəsində öz rəngini müstəqil dəyişə bilən işıq diodları yaradılıb.
Ənənəvi işıq diodu lampalarının rəngi onda istifadə edilən yarımkeçirici materialdan birbaşa asılı idi. Lakin yeni tərkib sayəsində işıq diodları onlara verilən elektrik gərginliyindən asılı olaraq rənglərini dəyişdirməyə başlayıblar. Bu ixtira daha əvvəl təsəvvür edilməsi mümkün olmayan təsvir ölçülü displeylərin yaradılması üçün əsas ola bilər.
“hi-news.ru” saytının məlumatına əsasən, yeni həll avropium və qallium nitrid kimi 2 kimyəvi elementdən ibarətdir. Bu kimyəvi elementlər işıq diodunun rəngini asanlıqla dəyişdirməyə imkan verir. İşıq diodlarının sayını 3-dən 1-ə endirməklə istehsalçılar öz qurğularının dəyərini azalda biləcəklər.
Qeyd edək ki, yeni texnologiyadan istifadə nəticəsində hazırlanmış televizorlarda pikselləri ayırd etmək mümkün olmayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.