“Google” pilotsuz təyyarələrin köməyi ilə ilk çatdırılma xidmətini istifadəyə verib

10 Aprel 2019 - 09:57 | Texnoloji yeniliklər
“Google” pilotsuz təyyarələrin köməyi ilə ilk çatdırılma xidmətini istifadəyə verib

“Google” şirkəti Avstraliyanın paytaxtı Kanberra şəhərində pilotsuz uçan aparatların köməyi ilə dünyada ilk kommersiya yönümlü çatdırılma xidmətini istifadəyə verib.

belta.by saytının məlumatına əsasən, sürücüsüz idarə olunan təyyarələr yemək, içki, dərman və başqa məhsulları birbaşa evlərə çatdıracaqlar. İlkin mərhələdə “Project Wing” yalnız 100 ev üçün xidmət göstərəcək. Yaxın aylarda isə çatdırılma zonasını genişləndirmək planlaşdırılır. 12 yerli müəssisə bu təyyarələrin köməyi ilə öz müştəriləri üçün məhsulların çatdırılması haqqında razılaşmanı imzalayıb.

Kanberrada pilotsuz təyyarələrin istifadəsinə Avstraliyanın Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatı (Civil Aviation Safety Authority, CASA) razılıq verib. 18 ay ərzində keçirilən sınaqlar zamanı heç bir qəza baş verməyib.

CASA nümayəndəsinin məlumatına görə, pilotsuz təyyarə xidməti insanlar, hava gəmiləri və yaşayış binalarına təhlükə yaratmır. Sınaqlar zamanı bəzi sakinlər dronlar tərəfindən yaradılan səs-küydən şikayət ediblər. Məhz bu səbəbdən, “Project Wing” üçün daha səssiz pilotsuz təyyarə hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.