Ən böyük pilotsuz təyyarə sınaqdan keçirilib

19 Oktyabr 2018 - 11:28 | Maraqlı məlumatlar
Ən böyük pilotsuz təyyarə sınaqdan keçirilib

Çin Xalq Respublikasının Daxili Monqolustan Muxtar Rayonunun Baotou şəhərində “Feyxun-98” adlı ən böyük pilotsuz təyyarənin sınaqları keçirilib. Qurğu hərbi və mülki təyinatlar üzrə istifadə üçün yararlıdır.

vladtime.ru saytının məlumatına görə, “Ağ qu quşu” 1500 kq ağırlığında yükü daşıya bilir. O, saatda 180 km sürətlə 4500 metrə qədər hündürlükdə yükün daşınması üçün nəzərdə tutulub.

“Feyxun-98” bu kimi qurğulardan yalnız ölçüləri ilə deyil, həm də manevr qabiliyyəti ilə fərqlənir. Pilotsuz layner yükü mürəkkəb relyefli zonalardan götürə bilir. Onun sürət toplaması üçün 150 metr uzunluğunda uçuş zolağı lazımdır. Çin Xalq Respublikasının “CASC” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış dron əlavə yanacaqla doldurulmadan 1200 km məsafə qət edə bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.