Səudiyyə Ərəbistanında qohumlar “WhatsApp”da davaya görə həbsxanaya düşdülər

24 İyul 2014 - 12:00 | Texnoloji yeniliklər
Səudiyyə Ərəbistanında qohumlar “WhatsApp”da davaya görə həbsxanaya düşdülər

Səudiyyə Ərəbistanında 2 xalaqızı SMS və “WhatsApp” messenceri vasitəsilə bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətdiklərinə görə məhkəmə onları 10 gün müddətinə azadlıqdan məhrum edib. Hələ bu azmış kimi xalaqızıların hər birinə 20 şallaq da vurulacaq. 

Ciddə şəhər məhkəməsi əvvəlcə qohumları sülh yolu ilə barışdırmağa cəhd göstərib. Lakin qadınlar qarşılıqlı güzəştə getməkdən imtina etdikləri üçün məhkəmə onlara qarşı sərt hökm çıxarıb. 

newsru.com-un verdiyi xəbərə görə, tərəflər məhkəmənin qərarı ilə razılaşmayıblar və 30 gün müddətində apellyasiya şikayəti verəcəklərini bildiriblər.