“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

17 Sentyabr 2018 - 12:08 | Mühüm hadisələr
“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır.

Müştərilər Data Mərkəzin xidmətlərindən istifadə etməklə “bulud” üzərindən ofis proqramlarını aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modeli 3 paket üzrə təklif olunur: “Office 365 Business Essentials”, “Office 365 Business” və “Office 365 Business Premium”. Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər mövcuddur.    

“Microsoft Office 365”in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, “Microsoft Office” proqramları ilə işləmək mümkün olacaq.

Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin “Office 365”in quraşdırılması və idarə olunması da çox sadədir.

Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün sales@datamerkezi.az elektron ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.