Mətnin klassifikasiyasına həsr olunmuş elmi seminar keçirildi

16 İyul 2014 - 11:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Mətnin klassifikasiyası, Naive Bayes üsulu” mövzusunda elmi seminarı keçirildi. 

Təqdimatla çıxış edən 16 saylı şöbənin proqramçısı Yusif Sadıyev mətnin klassifikasiyasının tətbiq sahəsinin üstünlükləri, klassifikasiya alqoritimləri, Naive Bayes üsulu, mövcud problemlər haqqında seminar iştirakçılarına məlumat verdi. 

Həmçinin, o mətnin mövzuya görə çeşidlənməsi, məhsul və xidmətlər haqqında rəylərə əsasən reytinq səviyyəsinin təhlili, klassifikasiya üsulları və onların muqayisəli təhlili haqqında da ətraflı danışdı. 

Qeyd etdi ki, Naive Bayes üsulu generasiya modellərinə aiddir və burada klassifikasiya olunan modelin indeksi axtarılan sinifdə verilənlərin müşahidəsinə əsaslanır. Naive Bayes üsulunda ehtimala əsasən sinfin indeksi tapıldığından sistemin düzgün işləmə faizi 92 faizdən yüksək ola bilmir. 

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı.

Müzakirələrdə iştirak edən texnika elmləri doktoru Ramiz Alıquliyev təklif, irad və tövsiyələrini bildirdi.