"iPhone"u robotlar yığacaq

09 İyul 2014 - 14:00 | Texnoloji yeniliklər
"iPhone"u robotlar yığacaq

Yaxın gələcəkdə elektron qurğuları artıq robotlar yığacaq. Çinin "Foxconn" şirkəti bunun üçün nəzərdə tutulmuş robotların sınaqdan keçirilməsinin son mərhələsindədir. Bu haqda şirkətin baş direktoru Terri Qou bildirib. 

Onun sözlərinə görə, şirkətin ən iri zavodlarından biri "Foxbot" robotları ilə tam təchiz olunacaq. Müəssisədə 10 min robotun çalışması nəzərdə tutulub. Onların hər biri il ərzində 30 min elektron qurğu yığa biləcək. Beləliklə, istehsalın ümumi həcmi bir ildə 300 min qadjet təşkil edə bilər. Robotlara çox güman ki, "Apple" şirkətinin məhsullarının yığılmasını etibar edəcəklər. "Foxbot"un payız mövsümünün əvvəllərində təqdimatı olacaq "iPhone 6"nı yığacağı istisna deyil. 

newsru.com saytının bildirdiyinə görə, bir robotun qiyməti 20-25 min dollar civarındadır.