Alimlər yarasaların qaranlıqda bir-biri ilə toqquşmama səbəbini aydınlaşdırıblar

17 May 2018 - 14:00 | Maraqlı məlumatlar
Alimlər yarasaların qaranlıqda bir-biri ilə toqquşmama səbəbini aydınlaşdırıblar

Yarasaların qaranlıqda bir-biri ilə toqquşmama mexanizmi robot texnikasında istifadə olunacaq.

Yapon alimləri yarasaların davranışını araşdıraraq onların mağara daxilində tam qaranlıq şəraitdə sürü şəklində uçduqları zaman bir-biri ilə toqquşmadan hərəkət etməyə necə müvəffəq olduqlarını aydınlaşdırıblar.

popmech.ru saytının məlumatına görə, bugünədək bu heyvanlarda qapalı ərazilərdə gecə istiqaməti müəyyən etməyə kömək edən bir növ daxili lokatorun mövcudluğu məlum idi, lakin onlar böyük sürü halında olduqları zaman bu mexanizmin iş prinsipi aydın deyildi.

Sınaqlar zamanı alimlər yarasaların qanadlarına kiçik mikrofonlar quraşdırıblar. Məlum olub ki, yarasalar tək olduqda bir tezlikdə səs çıxarırlar, qrup halında isə, hər bir yarasa öz tezliyində “danışır”.

Bu, onlara insanların bir məkanda eyni anda danışdığı və səslərin bir axında birləşdiyi “kokteyl əyləncə gecəsi” effektindən qaçmağa kömək edir. Yarasalar öz təbii xüsusiyyətlərinə görə, insanlardan fərqli olaraq özünü idarə etmə qabiliyyətlərini itirmirlər və ərazidə oriantasiya etmək xüsusiyyətlərini səs siqnalları hesabına saxlayırlar.

Alimlərin fikrincə, qrupda qarşılıqlı təsirin oxşar mexanizmlərini gələcəkdə robot texnikasında istifadə etmək mümkün olacaq. “Bu heyvanların davranışı fiziologiyası androidlərin hazırlanması və təlimi zamanı onların bir-biri ilə toqquşmadan çəkinmələrinə kömək edəcək”, –  layihə iştirakçılarından Sidzuko Hiryu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.