AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorluq imtahanı keçirildi

24 İyun 2014 - 10:00 | Mühüm hadisələr

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı keçirildi. 

AMEA RH-nin “Doktorluq imtahanlarının keçirilməsi haqqında” 18.05.2012-ci il tarixli sərəncamına və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli əmrinə əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində yaradılmış Dissertasiya Şurasında “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün komissiya yaradılıb. 

Komissiyanın sədri institutun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim Əliquliyev, üzvləri - texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Rəşid ƏləkbərovZərifə CəbrayılovaRamiz Şıxəliyev və Fərhad Yusifovdur

Bugünkü imtahanda 2 nəfər iştirak edirdi.