AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış “Elektron hökumət” bülleteni ölkəmizdə elektron hökumətin formalaşması istiqamətində görülən işlər və nəzərdə tutulan layihələr haqqında məlumat vermək, o cümlədən ictimaiyyəti elektron xidmətlərlə bağlı maarifləndirmək məqsədini daşıyır.
Bülletenin ilk sayında “Elektron hökumət”in əhəmiyyəti, əsas fəaliyyət prinsipləri, dövlət qurumları tərəfindən elektron imzanın tətbiq olunduğu sahələr, www.e-gov.az portalında yerlәşdirilmiş xidmәtlәrin qısa tәhlili, e-xidmәtlәrin portala qoşulma vәziyyәti barәdә məlumatlar təqdim olunub. Bundan əlavə dövlәt hakimiyyәti orqanları tәrәfindәn Milli Sertifikat Xidmәtlәri Mәrkәzinә edilәn müraciәtlәrin vә onlara verilәn sertifikatların sayı haqqında statistik məlumatlar da bülletendə öz əksini tapıb.
Yeni nəşrdə, həmçinin mobil e-imza xidmətlərinin yaradılması üzərində işlərin davam etdirildiyi və sözügedən xidmətlərin 2013-cü ilin birinci rübündə istifadəyə veriləcəyi barədə məlumat verilib.
Bülletenin gələcək saylarında isə yeni təqdim olunacaq elektron xidmətlərin şərh olunması, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının işıqlandırılması planlaşdırılıb.