“Amazon” şirkətinin dronları qəza zamanı özü məhv olacaq

01 Dekabr 2017 - 11:00 | Maraqlı məlumatlar
“Amazon” şirkətinin dronları qəza zamanı özü məhv olacaq

“Amazon” şirkəti dronların mümkün qəzalarının qarşısını almaq və ya minimallaşdırmaq üçün öz uçan aparatlarını özünüməhvetmə sistemi ilə təchiz etmək qərarına gəlib.

hi-news.ru saytının məlumatına əsasən, dron-kuryerlər yalnız “Amazon”da deyil, digər şirkətlərdə də çatdırılma üsullarından birinə çevrildikdə onlar arasında qəzaların sayının artması gözləniləndir. Mütəxəssislər sexdə tez bir zamanda aparatı digər detallarla əvəz etməklə onun keyfiyyətli təmirini həyata keçirə bilsələr də, çatdırılma zamanı bunu etmək daha mürəkkəb olacaq. Buna görə də, dronu bağlaması ilə birlikdə özü məhv olmağa məcbur etmək bağlamanın narazı sahibləri ilə məhkəməyə cəlb olunmaqdan daha yaxşıdır.

Belə ki, xüsusi proqram təminatı aparat və onun ayrı-ayrı hissələrinin konstruksiyasının saz vəziyyətdə olub-olmadığını izləyəcək. Proqram nasazlığı aşkar edərək dronun zədələrin xarakterindən asılı olaraq qərar qəbul edəcək bort kompüterinə siqnal göndərəcək. Dron növbə ilə müxtəlif modulları ayıraraq sınmış elementi açacaq və ya havada hissələrə ayıracaq. Bu üsulla insan, heyvan və ya əmlaka dəyəcək zərəri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.