“Facebook” şirkəti virtual obyektləri real dünyaya daşıya biləcək əlavə reallıq üçün yeni patentləşdirilmiş eynək hazırlayır. O, inteqrasiya edilmiş ikiölçülü skannerli ekranla təchiz edilib. “Oculus Rift” qarniturlarından fərqli olaraq, yeni tətbiq istifadəçiyə virtual obyektləri görməyə və real dünyada onlarla qarşılıqlı əlaqədə olmağa imkan verir.
popmech.ru saytının məlumatına görə, qurğunun konstruksiyası haqqında hələ ki, az məlumat təqdim olunsa da, bu daşınan qadjetin adi eynəyi xatırladacağı məlumdur.
Bununla yanaşı, “ağıllı” eynək ekran vasitəsi ilə istifadəçinin gözlərinə insanın gördüyü hər şeyə təsvir və video əlavə edə bilən işıq proyeksiya etmək imkanına malik olacaq. Onlar daha yüksək nəticə əldə etmək üçün qulaqlıqlar və ya oyun konsolları ilə birlikdə istifadə oluna bilər.
Qeyd edək ki, cari ildə “Facebook” “Oculus Rift”in istifadə olunduğu “Spaces” virtual sosial şəbəkəsini istifadəyə verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.