“Facebook”un çat-botları nəzarətdən çıxıb

01 Avqust 2017 - 16:00 | Maraqlı məlumatlar
“Facebook”un çat-botları nəzarətdən çıxıb

“Facebook”un insanlarla danışıqlar aparmaq üçün yaradılmış çat-botları nəzarətdən çıxaraq öz dillərində danışmağa başlayıblar. Öncə onlar bir-biri ilə ünsiyyət saxlamaq üçün ingilis dilindən istifadə ediblər. Lakin sonra yalnız süni intellektin anlayacağı yeni dil yaradıblar ki, bu da məqsədəuyğun deyildi.

futurist.ru saytının məlumatına görə, istehsalçılar nasazlığı aşkar etdikdən sonra “Facebook” süni intellektin işini dayandırıb.

Qeyd edək ki, hadisə “Facebook”un yaradıcısı Mark Zukerberq ilə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın süni intellekt texnologiyasının gələcəyi ilə bağlı mübahisəsindən sonra baş verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.