Hadisə bronlaşdırma sisteminin sındırılması nəticəsində baş verib.
ABŞ prezidenti Donald Trampa məxsus “Trump Hotels” lüks otellər şəbəkəsinin müştəriləri məlumat sızmasının qurbanı olub. Hadisə “Sabre” şirkətinə məxsus olan “SynXis Central Reservations” bronlaşdırma sisteminin sındırılması nəticəsində baş verib.
2017-ci ilin may ayında “Sabre” dünya üzrə 32 mindən çox otelin istifadə etdiyi “SynXis” mərkəzi bronlaşdırma sisteminə icazəsiz girişlə bağlı istintaqın başlanıldığını bildirib. Cinayətkarlar “SynXis”in daxili hesabını sındırdıqdan sonra sistemə daxil olaraq müştərilərin şəxsi və bank kartlarının məlumatlarını oğurlayıblar.
securitylab.ru saytının verdiyi məlumata görə, cinayətkar icazəsi olmadan hesaba daxil olaraq bronlaşdırma zamanı təqdim olunmuş ödəniş və digər məlumatları əldə edib.
Cinayətkarlar, həmçinin otelin bəzi müştərilərinin adları, bank kartlarının nömrələri, kartın bitmə tarixi və təhlükəsizlik koduna daxil olmaq imkanı əldə ediblər. Hakerlər bəzi hallarda həm də elektron poçt ünvanları, telefon nömrələri, yaşayış ünvanı və digər məlumatları da oğurlayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.