Məlumdur ki, süni intellektə malik robotlar hər il daha da inkişaf edir. Hələ 2010-cu ildə “IBM” şirkəti elan etmişdi ki, mütəxəssislər tərəfindən hazırlanmış yeni alqoritm sayəsində robot prezidentin bacarıqlarına yiyələnəcək. Artıq 2030-cu ilədək təkmilləşdirilmiş robot “Uotson” ölkəyə rəhbərlik edə biləcək.
dni24.com saytının məlumatında bildirilir ki, 2010-cu ildən “IBM” şirkətinin mütəxəssislərinin üzərində işlədikləri “Uotson” adlı robot artıq ölkəyə rəhbərlik etməyə hazırdır. O, yalnız bəzi praktiki bacarıqları və siyasi prinsipləri öyrənməlidir.
2030-cu ilədək insanlar yeni avtomatlaşdırılmış dövrə daxil olacaqlar və robotlarla qarşılıqlı təsir maksimum dərəcədə artacaq. Həm prezident, həm də müəssisə rəhbərinin bacarıqlarına malik yeni qurğu texnologiyalar sahəsində sıçrayış olacaq.
Alimlərin fikrincə, robot yaxın gələcəkdə istənilən ölkənin prezidenti postunu tuta biləcək. “Uotson” aktual təkliflər irəli sürür, hətta bəzi hallarda insanı üstələyir. İstehsalçılar onun qlobal istiləşmə problemini də həll edə biləcəyini güman edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.