Çin hökuməti vətəndaşların texniki savadı və təhsil səviyyəsini yüksəltmək istiqamətində ciddi tədbirlər həyata keçirir. Böyük korporasiyalar xüsusi kurslar hazırlayır, hökumət isə qanunlar qəbul edir. Əsas məqsəd orta məktəblərin aşağı siniflərindən etibarən elmi siniflərin açılmasıdır. Bu siniflər ölkənin gələcək innovativ inkişafında mühüm rol oynayacaq.
hightech.fm saytının məlumatına görə, Çində son aylar “Wonder Workshop” şirkətinin hazırladığı Dash robotu böyük populyarlıq qazanmışdır. O, əsas mobil platformalarla birləşdirilərək uşaqlara proqramlaşdırma və alqoritmik düşüncənin əsaslarına öyrənməyə imkan verir. Ölkədə proqramlaşdırma universal ünsiyyət vasitəsi kimi xarici dillərlə bərabər səviyyədə öyrədilir.
Mütəxəssislər bildiriblər ki, hazırda kompüter alqoritmlərini yaratmaq bacarığı ingilis dilinin analoquna çevrilməkdədir. Bu dil ən müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmağa, proqramlaşdırma isə istənilən maşını anlamağa imkan verir. Bu gün Çində bütün səylər proqramlaşdırma dilləri üzrə bilikləri ingilis dili biliyi kimi təbiiləşdirməyə yönəlib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.