Əmanət bankı süni intellekt əsasında yeni xidmət yaradıb

14 Fevral 2017 - 15:21 | Maraqlı məlumatlar
Əmanət bankı süni intellekt əsasında yeni xidmət yaradıb

Rusiyada əmanət bankı süni intellekt texnologiyaları əsasında İnternet-bank istifadəçilərinin davranışını təhlil edən və onlara tövsiyələr verən xidməti istifadəyə verib.

servernews.ru saytının məlumatına görə, “Mənim köməkçim” adlı xidmət "Əmanət bankı Onlayn" sisteminin istifadəçilərinin davranışını qabaqcadan xəbər verə və onlara bununla əlaqədar müvafiq informasiyanı ötürə bilər. Xidmət sahibi göstərilməyən istifadəçi məlumatlarını (xərclər, yığılan pullar, profil məlumatları) toplayır, təhlil edir, riyazi modellərdə formalaşdırır və onların əsasında nəticələri əldə edir.

Məsələn, əgər istifadəçi plandan kənar şəkildə uşaq mağazalarında daha çox vaxt keçirməli olarsa, “Mənim köməkçim” xidməti anlayacaq ki, müştəri valideyn olmağa hazırlaşır. Bu zaman xidmət yenidoğulmuşun rəsmiləşdirilməsi üçün sənədlərin siyahısını müvafiq dövlət orqanlarının ünvanlarına göndərəcək.

Əmanət bankı yeni köməkçi vasitəsilə, həmçinin kartlar üzrə dövriyyə və qalıqların artımı hesabına bank məhsullarının satışı yolu ilə yeni layihədə gəlir əldə etməyi nəzərdə tutur.

Hələlik yeni funksiya "Əmanət bankı Onlayn" proqramının yalnız Android-versiyasında əlçatandır. IOS-qurğuların sahibləri isə bu funksiyadan cari ilin mart ayında istifadə edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.