Rusiyalı videobloqer və “BlackScreenTV” kanalının sahibi populyar “YouTube” kanalının işində səhv aşkarlayıb.
dni24.com saytının məlumatına görə, boşluq istifadəçilərdən icazəsiz onları kanala abunə olmaqdan çıxarmağa imkan verir. Bloqer boşluğu “YouTube” tarixində ən böyük səhv adlandırıb.
Bu boşluğu sübut etmək üçün bloqer kiçik videoçarx da hazırlayıb. Videoda kanaldan 300-dən çox istifadəçinin asanlıqla silindiyi göstərilib. Abunədən çıxarılma potensial istifadəçilərin xəbəri olmadan həyata keçirilib. Çəkilən materiala populyar internet servisinin rəhbərliyi dərhal reaksiya verərək bir gün ərzində boşluğu tam aradan qaldırıb. Bununla yanaşı, eksperiment üçün “BlackScreenTV” kanalının abunəlikdən çıxardığı istifadəçilərin abunəliyi bərpa olunub.
Məlumata görə, internetdə boşluğu aşkarlayan bloqerin kiçik pul mükafatı alması ilə bağlı şayiələr dolaşmağa başlayıb. “YouTube” rəhbərliyi bu kimi ödənişlərin gələcəkdə də mümkün müxtəlif səhvlərin axtarışı, həmçinin aradan qaldırılması üçün ediləcəyini vəd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.