Smartfonu saniyələr ərzində enerji ilə dolduran batareya hazırlanıb

30 Noyabr 2016 - 10:09 | Maraqlı məlumatlar
Smartfonu saniyələr ərzində enerji ilə dolduran batareya hazırlanıb

ABŞ alimləri smartfonu bir neçə saniyə ərzində enerji ilə doldurmağa imkan verən texnologiya hazırlayıblar. Elastik superkondensatorla təchiz edilmiş mobil qurğu 1 həftə işləyə biləcək və bir neçə saniyə ərzində enerji toplayacaq. Onun digər batareyalardan fərqi ondan ibarətdir ki, superkondensator enerjini səthdə saxlayır.

belta.by saytının məlumatına görə, hazırda mütəxəssislər yeni ixtiranı patentləşdirməyi planlaşdırırlar. Gələcəkdə bu superkondensatordan digər sahələrdə də istifadə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.