2017-ci ilin əvvəllərində ABŞ əhalisi alış-veriş və pul köçürmələrini barmaq izlərinin köməyilə həyata keçirə biləcəklər. Financial Group bankının nümayəndələri bu barədə məlumat veriblər.
Bank mütəxəssislərinin sözlərinə görə, bu texnologiya onların maliyyə müəssisəsinin müştəriləri üçün istisna hallarda tətbiq ediləcək. Qeyd etmək lazımdır ki, bu texnologiya artıq bir çox ölkələrdə istifadə olunur, həmçinin Avropa banklarında fəal şəkildə təbliğ edilir.
planet-today.ru saytının məlumatında bildirilir ki, bu kimi eyniləşdirmə texnologiyaları ən təhlükəsiz üsul hesab edilsə də, banklar üçün o qədər də ucuz başa gəlmir. Çünki yalnız bank filiallarını deyil, həm də maliyyə müəssisələriylə əməkdaşlıq edən mağazaları barmaq izlərinin sayılması üçün lazım olan xüsusi qurğularla təmin etmək tələb olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.