“Ağıllı” çətir öncədən hava haqqında məlumat verəcək

05 Avqust 2016 - 09:40 | Texnoloji yeniliklər
“Ağıllı” çətir öncədən hava haqqında məlumat verəcək

Yaponiyanın “Fantastick” şirkəti sahibini hava şəraiti barədə xəbərdar edən “ağıllı” çətir hazırlayıb.

Qadjet yağışdan müdafiə üçün ilk dəfə çətirdən istifadə edən XVIII əsrdə yaşamış ingilis taciri və ixtiraçısı Conas Henveyin şərəfinə “Jonas” adlandırılıb. Qurğu onlayn rejimdə sahibinin mobil telefonuna hava haqqında məlumatları ötürür.

Bundan başqa, qadjetin köməyilə smartfonu tapmaq mümkündür. Belə ki, çətiri silkələdikdə telefon titrəməyə başlayır. Həmçinin eyni adlı proqram vasitəsilə qurğu öz dalğın sahibinə onu unutduğu barədə xəbərdarlıq və yerləşdiyi məkanın dəqiq koordinatlarını göndərir. Axtarışlar uğursuzluqla nəticələndikdə isə çətir öz sahibinə zəng edə bilir.

Qurğunun yuxarı hissəsi polyesterdən, dəstəyi isə yüngül alüminiumdan hazırlanıb. AAA tipli 4 batareya ilə işləyən “Jonas” Bluetooth modulu, sensorlar və bir neçə işıq diodu ilə təchiz edilib.

Tezliklə satışa çıxarılacaq “ağıllı” çətirin qiyməti 105 ABŞ dolları təşkil edir.

lenta.ru