İnstitutun layihə baş mühəndisi ABŞ-ın Elm və Texnologiya Assosiasiyasına üzv seçilib

12 İyul 2016 - 11:00 | Mühüm hadisələr
İnstitutun layihə baş mühəndisi ABŞ-ın Elm və Texnologiya Assosiasiyasına üzv seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova ABŞ-ın Elm və Texnologiya Assosiasiyasına  (The American Association for Science and Technology) üzv seçilib.

Qeyd edək ki, bu assosiasiya elm və texnologiya üzrə biliklərin təkmilləşdirilməsi məqsədilə dünya alimlərini bir araya toplayan qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın kimya, fizika, biologiya, tibb, kompüter elmləri, riyaziyyat və statistika, mühəndislik, iqtisadiyyat və idarəetmə, sosial elmlər və s. sahələr üzrə yüksək istinada malik 49 jurnalı dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.