www.hesab.az-dan internet olmadan da istifadə mümkündür

09 Oktyabr 2015 - 04:32 | Konfranslar, İclaslar
www.hesab.az-dan internet olmadan da istifadə mümkündür

Bütün mobil operatorların və internet provayderlərin abunəçiləri www.hesab.az onlayn xidmətlər portalından internet olmadan da yararlana biləcəklər.

iktnews.az-ın verdiyi xəbərə görə, bu barədə istifadəçiləri "Goldenpay" şirkətinin təsisçisi Fərid İsmayılzadə sosial şəbəkə vasitəsi ilə məlumatlandırıb. Onun sözlərinə görə, hesab.az-a daxil olmaq üçün internet balansın olması vacib olmayacaq. Artıq "Azercell" ve "Nar Mobile" abunəçiləri balansları sıfır olsa da portala daxil olub ödəniş edə bilərlər. Bu imkan tezliklə "Bakcell" abunəçiləri üçün də yaradılacaq.

Bununla yanaşı, istifadəçilər evdə qoşulduqları genişzolaqlı internet xidməti bağlı olduğu təqdirdə də hesab.az-a daxil ola biləcəklər.

Artıq KATV1 istifadəçiləri bu şəkildə ödəniş etmək imkanı əldə ediblər.

Bu ayın sonunadək bu məsələ bütün internet provayderlərin abunəçiləri üçün tam həllini tapacaq.