Azərbaycan Respublikası dövlət orqanlarının “www.gov.az” rəsmi İnternet resursunda bu günədək 413 “.gov.az” domeni qeydiyyata alınıb.
2013-cü il ərzində 27 dövlət orqanına aid olan domen adı qeydiyyatdan keçib. Beləliklə, son bir ildə ölkədə dövlət qurumlarına aid olan domenlərin sayında 6,5% artım müşahidə olunub.
Son yarım il ərzində 7 dövlət qurumu domeni qeydiyyatdan keçib. Buraya Ədliyyə Nazirliyinin “qht.gov.az”, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin “statecontrol.gov.az”, Məcburi Köçkünlərinin Sosial İnkişaf Fondunun “sfdi.gov.az”, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin “cmtc.gov.az”, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin “bbtc.gov.az”, AR Prezidenti yanında Gənclər Fondunun “azgf.gov.az”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun “ictfund.gov.az” domenləri aiddir.
ictnews.az