AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatdı.
Bu sessiyada 330-u doktorant, 382-si dissertant olmaqla 712 nəfər iştirak etmişdir. Onların 59 faizi ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər, 18 faizi kimya, biologiya və tibb elmləri, 17 faizi fizika-riyaziyyat və texnika elmləri, 6 faizi isə yer, kənd təsərrüfatı və coğrafiya elmləri üzrə ixtisaslaşan doktorant və dissertantlardır.
10 gün davam edən imtahanlarda iştirak etmiş tədqiqatçıların 27 faizi AMEA, 73 faizi isə digər elm və təhsil müəssisələrinin doktorant və dissertantlarıdır.
2014-cü ilin fevral ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində müxtəlif müddətli kurslar təşkil olunmuşdur. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanmışdır.
Qeyd edək ki, mərkəzdə keçirilən imtahanlar elektron test üsulu ilə aparılır və nəticələr imtahandan dərhal sonra məlum olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.