• Tədqiqatçıların elmi fəaliyyətini qiymətləndirmək üçün çəkili konsensus indeks təklif edilmişdir. (İcraçılar: akademik Ə.M.Abbasov, tex.e.d. R.M.Alıquliyev, T.X.Fətəliyev, R.Ş.Həsənova)
  • Kompüter şəbəkələrində hesablama resurslarının istifadəçilər arasında optimal paylanması metodu işlənmişdir. (İcraçılar: f.d. R.Q Ələkbərov, M.A.Həşimov)
  • Nitq siqnallarında əsas tonun tezliyinin müəyyən edilməsinin zaman, tezlik və hibrid metodları analiz edilmiş və qiymətləndirilmişdir. (İcraçılar: f.d. Y.N.İmamverdiyev, L.V.Suxostat)
  • Ad hoc şəbəkələrində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlər işlənilmişdir. (İcraçılar: akademik R.M Əliquliyev, S.M.Hüseyninijadgazani)
  • Korporativ kompüter şəbəkələrində İnternet xidmətlərinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilmişdir. (İcraçılar: akademik R.M.Əliquliyev, A.Ə.Hüseynova)
  • Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: akademik R.M.Əliquliyev, R.T.Qasımova)
  • Tibbi müəssisələrin fəaliyyətinin səmərəliliyinə informasiya sistemlərinin təsirinin qiymətləndirilməsi üçün model və metodlar işlənilmişdir. (İcraçılar: f.d. Ə.Q.Əliyev, S.İ.Ağazadə)