Yanvarın 6-da ABŞ-ın Las-Veqas şəhərində International CES 2015 sərgisinə start veriləcək. Rəqəmsal texnologiyaların inkişafında flaqman hesab olunan istehlak elektronikası sərgisi Məişət Elektronikası Assosiasiyası (Consumer Electronics Association) tərəfindən təsis edilib. Qurum məişət texnikası və elektronika bazarının inkişafı, yeni texnologiyaların istehlak bazarlarına yönəldilməsi ilə məşğul olur.
CES 2015-in əsas eksponentləri və ziyarətçiləri İnternet-provayderləri, naqilsiz texnologiyalar üzrə mütəxəssislər, peyk televiziyası üçün aparatura tədarükçüləri, mühəndis və montajçılar, korporativ alıcılar, həmçinin dünya üzrə hökumət liderləridir.
hifinews.ru saytının bildirdiyinə görə, sərginin məhsulları aşağıdakı kateqoriyalar üzrə təqdim ediləcək:
Rəqəmsal TV / HDTV, rəqəmsal fotoşəkil, bluetooth texnologiyaları, e-kommersiya, MP3, WI-FI texnologiyaları, İnternet proqramları və xidmətləri, evin təhlükəsizliyi və avtomatlaşdırılması, elektron oyunlar və s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.