ELANLAR

3556

Almaniyada Nanofair 2014 – X Beynəlxalq nanotexnologiyalar üzrə simpozium keçiriləcək

30 İyun 2014 - 12:00
Almaniyada Nanofair 2014 – X Beynəlxalq nanotexnologiyalar üzrə simpozium keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

1-3 iyul 2014-cü il tarixlərdə Drezden şəhərində (Almaniya) Nanofair 2014 – X Beynəlxalq nanotexnologiyalar üzrə simpozium keçiriləcək. 2002-ci ildən keçirilən tədbir sahibkarlara müasir bazarda tələbatın olduğu nanotexnoloji həllərə qoyulan investisiyanın gələcəkdə gətirə biləcəyi gəlirlə bağlı suallara cavab tapmaqda kömək edir. 

“Sənaye üçün yeni ideyalar” mövzusunda simpozium Maritim Hotel & Int. Beynəlxalq konqres-mərkəzində keçiriləcək. 

Nanofair 2014 tədqiqatçı, alim və mühəndislər, elmi-tədqiqat laboratoriyaları və elmi dairələr arasında ideya və informasiya mübadiləsi, aparılan tədqiqatların təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə nanotexnologiyalardan istifadə etməklə yeni məhsulların uğurlu tətbiqinə dair nümunələr nəzərdən keçiriləcək. 

EXPOCLUB beynəlxalq sərgi portalının məlumatına görə, Nanofair 2014 funksional nanokompozitlər, nanostrukturlaşdırılmış səthlər, energetika üçün nanomateriallar, nanoelektronika və fotonika, nanomaterialların emalı aspektləri, nanoanalitik metodlar, karbon nanodəstəkləri və qrafen kimi mövzuları əhatə edəcək.