“Gələcək Texnologiyalar Konfransı 2019” keçiriləcək 19.02.2019    09:11

14-15 noyabr 2019-cu il tarixlərində ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində “Gələcək Texnologiyalar Konfransı” (Future Technologies Conference – FTC 2019) keçiriləcək.

Konfransda 50-dən çox ölkənin aparıcı universitetləri, tədqiqat şirkətlərinin nümayəndələri, eləcə də alim və tədqiqatçılar texnologiya və hesablama sahələrində qabaqcıl araşdırmaları təqdim edəcəklər.

“FTC 2019” texnologiya trendləri, elektronika, süni intellekt, kommunikasiya, təhlükəsizlik istiqamətlərini əhatə edəcək.

Məqalələr 1 mart 2019-cu il tarixinədək qəbul edilir.

Qeyd edək ki, konfransa qəbul olunmuş məqalələr “Springer” nəşriyyatının “Advances in Intelligent Systems and Computing” seriyasında dərc olunacaq və indeksləşmə üçün “ISI Proceedings”, “EI-Compendex”, “DBLP, SCOPUS”, “Google Scholar” və “Springerlink”ə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti