STEPI 2016 Təqaüd Proqramı 21.10.2015    10:50

Elm və Texnologiya Siyasəti İnstitutu (Science and Technology Policy İnstitute – STEPI) alimləri, tədqiqatçıları və gənc mütəxəssisləri STEPI 2016 adlı Təqaüd Proqramında iştirak etməyə dəvət edir. Sözügedən proqramın əsas məqsədi elm, texnologiya və innovasiya siyasəti (ETİ) ilə bağlı məsələlərdə tədqiqatları genişləndirməkdir. Elm və texnologiya üzrə istənilən mövzuda çalışan alimlər, həmçinin siyasi elmlər üzrə fəaliyyət göstərən tədqiqatçılar və gənc mütəxəssislər bu proqrama müraciət edə bilərlər.

Proqramda qalib gələn şəxslərin mükafatlarının üçdə bir hissəsi nəticələri təqdim etdikdə, qalan hissəsi isə tədqiqatın nəticələrini özündə əks etdirən məqalənin jurnalın çapı üçün qəbul olunmasından sonra təqdim olunacaq.

Müsabiqənin nəticələri 30 noyabr 2015-ci il tarixinə qədər məsul şəxs tərəfindən e-mail vasitəsilə bildiriləcək.

Müraciət qaydaları haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti