İnsan sifətinin tanınmasının təkmilləşdirilmiş alqoritmi hazırlanıb

20 Fervral 2015 - 11:00 | Maraqlı məlumatlar
İnsan sifətinin tanınmasının təkmilləşdirilmiş alqoritmi hazırlanıb

İnsan sifətinin tanınması alqoritmləri xüsusi xidmət orqanları ilə yanaşı, bir çox şirkətlər tərəfindən də istifadə edilir. Hazırda praktiki olaraq hər yerdə bu texnologiya ilə qarşılaşmaq olar: sosial şəbəkələrdən başlayaraq (şəbəkəyə yüklənmiş fotoşəkillərdə insanlar avtomatik olaraq işarələnir) mobil əməliyyat sistemlərinə kimi (smartfon ön kamerasının obyektivi vasitəsilə sahibinin sifətini “tanıyır”).

hi-news.ru saytının məlumatına görə, sifətin tanınması texnologiyası tam mükəmməl olmasa da, amerikalı tədqiqatçılar tərəfindən təklif edilmiş yeni alqoritm insanı, hətta onun sifətinin natamam təsviri üzrə “tanıya” bilər.

Yeni sifət tanınması alqoritmini “Yahoo Labs”ın tədqiqatçıları Saçin FarfadMohamməd Saberian və Stenford Universitetindən Li Ca Li təqdim ediblər ki, bu da hazırda mövcud texnologiyanın analoqları ilə müqayisədə daha effektiv və sadədir.

İstehsalçılar iddia edirlər ki, onların alqoritmi hətta köhnə şəkillər və videoyazıların böyük arxivlərində müəyyən şəxsləri (üzləri) axtarmağa imkan verir. Bu, arxiv materiallarını əl ilə kataloqlaşdıran tarixçilər və jurnalistlər üçün mükəmməl vasitə hesab oluna bilər.